Ermənistan prezidentinin Gürcüstana rəsmi səfəri başladı

Tbilisiyə rəsmi səfərlə Ermənistan Respublikasının prezidenti Armen Sarkisyan gəldi.

Prezident administrasiyasının mətbuat xidmətinin məlumatına görə, Ermənistan prezidentini Tbilisi Beynəlxalq hava limanında Xarici İşlər Naziri Davit Zalkaliani, prezident administrasiyasının rəhbəri Natia Sulava və Gürcüstanın Ermənistan Respublikasındaki səfiri Giorgi Saqanelidze qarşıladılar.

Armen Sarkisyan və Nunu Sarkisyanın qarşılanma mərasimi Orbelianilər sarayında keçiriləcək.

Rəsmi səfər çərçivəsində, Ermənistan Respublikasının prezidentinin Gürcüstan prezidenti ilə qapalı və açıq, geniş miqyaslı görüşləri keçiriləcək və daha sonra medya üçün bəyanatlar veriləcək.

Həmçinin, Ermənistan Respublikasının prezidenti və Gürcüstan parlamentinin sədri Arçil Talakvadzenin görüşü planlaşdırılıb.

Ermənistan prezidenti Tbilisidə erməni kafedral kilsəsini də ziyarət edəcək.