Ermənistan XİN - Tbilisidə keçirilən görüşdə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Qarabağ münaqişəsinin nizamlanmasının vacibliyini və humanitar məsələləri müzakirə ediblər
Tbilisidə keçirilən görüşdə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Qarabağ münaqişəsinin nizamlanmasının vacibliyini və humanitar məsələləri müzakirə ediblər. Bu barədə erməni mətbuatı ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayır. Erməni mətbuatının məlumatına görə, Ararat Mirzoyan Qarabağ münaqişəsinin siyasi həllinin regionda sabit və uzunmüddətli sülhə nail olmaq yolunda böyük əhəmiyyət kəsb etməsi barədə erməni tərəfinin fikrini bir daha təsdiqləyib və bu kontekstdə ATƏT-in Minsk Qrupunun Həmsədrləri İnstitutunun beynəlxalq mandatına uyğun istifadəsinin vacibliyini vurğulayıb.
Ermənistanın xarici işlər naziri humanitar məsələlərin, o cümlədən erməni hərbi əsirlərin azad edilməsi və repatriasiyası və itkin düşənlərin taleyinin aydınlaşdırılması məsələlərinin müzakirəsinin vacibliyini vurğulayıb.
Erməni mətbuatı görüşdə tərəflərin təmasları davam etdirməyə hazır olduqlarını təsdiqlədiyini yazır.