Erməni və Azərbaycan mediası iki ölkənin hərbçiləri arasında baş verən silahlı qarşıdurma haqqında məlumat yayır
Erməni və Azərbaycan mediası iki ölkənin hərbçiləri arasında baş verən silahlı qarşıdurma haqqında məlumat yayır

 

Erməni və Azərbaycan mediası iki ölkənin hərbçiləri arasında baş verən silahlı qarşıdurma haqqında məlumat yayır.

Erməni mediasının məlumatına əsasən Ermənistanın Müdafiə Nazirliyi Azərbaycanın təşkil etdiyi təxribat nəticəsində 4 nəfərin həlak olduğunu, 6 nəfərin yaralandığını açıqlayıb. Eyni zamanda Yerevanda Azərbaycan tərəfinin böyük itkiləri olduğunu iddia edirlər. Erməni mediasının məlumatına əsasən Ermənistanın Müdafiə Nazirliyinin bəyanatında yerli vaxtla saat 20:30-da cəbhə xəttində vəziyyətin stabil olduğu qeyd olunur.

Erməni mediası aprelin 11-də axşam saatlarında erməni hərbi qulluqçularının Sünik rayonunun Teğ kəndi yaxınlığında mühəndis işləri apararkən azərbaycanlı hərbçilərin erməni əsgərlərinə atəş açması barədə məlumat yayır. Yerevanda azərbaycanlı əsgərlərin minaatanlardan istifadə etdiyi iddia edilir.

Öz növbəsində, Azərbaycan mediası Azərbaycanın Müdafiə Nazirliyinin 3 hərbçinin ölümünü təsdiqlədiyini yazır. Azərbaycanın Müdafiə Nazirliyi erməni əsgərlərin Laçın istiqamətində birinci atəş açdıqlarını, Azərbaycan tərəfinin cavab tədbirinin bunu maşaiyət etdiyini iddia edir.

Azərbaycanın hərbi qurumunun yaydığı bəyanatda cavab atəşi nəticəsində erməni tərəfinin xeyli itki verdiyi qeyd edilir. Bakıda vəziyyətin hazırda stabil olduğunu deyirlər.