Erməni mediası, vətəndaşların Azərbaycanla dövlət sərhədinin delimitasiyası çərçivəsində birtərəfli güzəştə qarşı aksiyalarının davam etməsi haqda məlumat verir
Erməni mediası, vətəndaşların Azərbaycanla dövlət sərhədinin delimitasiyası çərçivəsində birtərəfli güzəştə qarşı aksiyalarının davam etməsi haqda məlumat verir

 
Erməni mediası, vətəndaşların Azərbaycanla dövlət sərhədinin delimitasiyası çərçivəsində birtərəfli güzəştə qarşı aksiyalarının davam etməsi haqda məlumat verir.

“NEWS.am”ın xəbər verdiyi üzrə, Armavir vilayətinin sakinləri bu gün səhər saatlarından etiraz aksiyasına toplaşıblar. Onlar Yerevanla Armaviri birləşdirən yolu bağlayıblar. Bir neçə deputat, “Ermənistan” blokunun üzvləri nümayişçilərə qoşulub. Aksiyanın iştirakçıları ölkənin hazırkı baş nazirini vətən xaini adlandırıblar.

Polis hadisə yerinə səfərbər edilmişdi. Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarını avtomobil yolunu açmağa çağırıblar, əks halda isə qanunda nəzərdə tutulan addımları atacaqları ilə təhdid ediblər.

Məlumat üçün bildirək ki, Ermənistanda etiraz aksiyaları aprelin 20-dən davam edir. Sərhədyanı kəndlərin sakinləri Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyası razılaşması və ərazilərin Azərbaycana verilməsi haqqında razılaşmaya etiraz edirlər.