Erməni mediası Qarabağın Xocavənd rayonunda atəşkəs rejiminin pozulması ilə əlaqədar məlumat yayır
Erməni mediası Qarabağın Xocavənd rayonunda atəşkəs rejiminin pozulması ilə əlaqədar məlumat yayır

 

Qarabağın Xocavənd rayonunda atəşkəs rejimi pozulub. Erməni mediası bu barədə rus sülhməramlı kontingentinin informasiya bülletenində qeyd olunduğu barədə məlumat yayır.

Yayılmış məlumata əsasən insident tələfat ilə nəticələnməyib və rus sülhməramlı kontingentinin komandanlığı qeyd olunan faktı araşdırır.

Qarabağdakı rus hərbçilər üç marşrut üzrə – Ağdərə, Xocavənd və Şuşa rayonlarında patrul xidməti həyata keçiriblər. Erməni mediasının məlumatında rus hərbçilərin Gorus-Stepanakert marşrutu üzrə humanitar yük karvanını müşayiət etdiyi deyilir.

Azərbaycan Müdafiə Nazirliyinin veb səhifəsində Ermənistan ərazisindən atəş açılması haqqında atışma ilə bağlı sonuncu məlumat 7 aprel tarixində əks olunub.