Erməni mediası - Co Bayden Nikol Paşinyana göndərdiyi məktubda Ermənistanla təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirəcəyinə söz verib
Erməni mediası - Co Bayden Nikol Paşinyana göndərdiyi məktubda Ermənistanla təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirəcəyinə söz verib

 
ABŞ Prezidenti Co Bayden Ermənistanın Baş naziri Nikol Paşinyana göndərdiyi məktubda Ermənistanla təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirəcəyinə söz verib-bu barədə erməni KİV yazır.

Mediada yayılmış məlumatda bildirildiyi üzrə, ABŞ Prezidentinin məktubu bu gün Yerevanda olan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Pauer tərəfindən Nikol Paşinyana çatdırılıb.

“Kabinetimin əsas üzvü olan Samanta Pauerdən xahiş etdim ki, sizin suverenliyiniz, müstəqilliyinizi, ərazi bütövlüyü və demokratiyanı sığortalayan davamlı regional sülhə nail olmaq üçün Ermənistanın səylərinə Birləşmiş Ştatların və Administrasiyamın güclü dəstəyini şəxsən sizə çatdırsın” – məktubda deyilir.

Bayden bildirib ki, Ermənistan hökuməti Azərbaycanla sülh danışıqlarında iştirak edib, həmçinin mühüm iqtisadi islahatlar həyata keçirib, hökumətin hesabatlılığını yaxşılaşdırıb və demokratik təsisatları gücləndirib.

“Sizi əmin edirəm ki, Birləşmiş Ştatlar ölkə daxilində demokratiyanın möhkəmləndirilməsi və qonşuluğunuzda sabitliyin bərqərar olması səylərində Ermənistanı dəstəkləməyə davam edəcək. Biz həmçinin enerjinin şaxələndirilməsi, dayanıqlılıq və Ermənistanda keçirilən hərbi təlimlərlə nümayiş etdirilən təhlükəsizlik sahəsində əməkdaşlığımızı gücləndirməyə davam edəcəyik” -deyə məktubda deyilir.