Erqnetidə növbəti texniki görüş bu gün keçiriləcək
Erqnetidə növbəti texniki görüş bu gün keçiriləcək

İnsindentlərin prevensiyası və onlara reaksiya mexanizmləri çərçivəsində, Erqnetidə texniki xarakter daşıyan altıncı görüş keçiriləcək.

Tərəflər Erqnetidə danışıqları Cenevrə danışıqlarından sonra keçirəcəklər.

Görüş zamanı Çorçana kəndi və işğal altında olan Tsnelisidə yaranan vəziyyət müzakirə olunacaq.

Bu günki əsas mövzulardan biri işğal altında olan Sxinvali tərəfindən Aİ-nin Monitorinq Missiyasının müşahidəçilərinin həbs edilməsi olacaq.

Xatırladaq ki, işğal altında olan Sxinvalinin sözdə təhlükəsizlik qüvvələri, Aİ-nin monitorinq missiyasının silahsız müşahidəçilərini bu gün Çorçana və Tsnelisi kəndləri ərazisində patrul edərkən həbs etdilər.