Erqnetidə İnsidentlərin Prevensiyası və Reaksiya Mexanizmi çərçivəsində görüş keçirilib
Erqnetidə İnsidentlərin Prevensiyası və Reaksiya Mexanizmi çərçivəsində görüş keçirilib

 

Qori Munisipalitetinin Erqneti kəndində İnsidentlərin Prevensiyası və Reaksiya Mexanizminin 108-ci iclası keçirilib.

Dövlət Təhlükəsizlik Xidmətinin informasiya-analitik idarəsinin rəhbərinin müavini İrakli Antadze əsas məsələnin de-fakto rejimin qanunsuz həbsində olan Gürcüstan vətəndaşlarının azadlığa buraxılması olduğunu bildirib.

O, bu baxımdan irəliləyiş olduğunu bildirib, lakin Gürcüstan vətəndaşlarının azadlığa buraxılacağı tarixi dəqiqləşdirməyib.

Bununla yanaşı, İrakli Antadzenin sözlərinə görə, görüşdə işğal xətti boyunca qeyri-qanuni sərhədləşmə prosesi də müzakirə olunub. Təhlükəsizlik məsələləri ilə yanaşı, humanitar məsələlərə də toxunulub.

Dövlət Təhlükəsizlik Xidmətinin informasiya-analitik idarəsinin rəhbərinin müavini İrakli Antadze bildirib ki, de-fakto rejim bu gün növbəti dəfə Gürcüstanın Çorçanadakı polis gözətçi məntəqəsinin yığışdırılmasını tələb edib, mərkəzi hökumətin mövqeyi isə bununla bağlı dəyişməz olaraq qalır.