Erqnetidə İnsidentlərin Prevensiyası və Cavab Mexanizminin 106-cı görüşü keçirilib
Erqnetidə İnsidentlərin Prevensiyası və Cavab Mexanizminin 106-cı görüşü keçirilib

 

Qori Munisipalitetinin Erqneti kəndində İnsidentlərin Prevensiyası və Cavab Mexanizminin 106-cı görüşü keçirilib.

Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, görüşdə Gürcüstan mərkəzi hökumətinin nümayəndələri sərbəst yerdəyişmənin məhdudlaşdırılması məsələsini müzakirə ediblər. Onlar həmçinin qeyri-qanuni şəkildə saxlanılan Gürcüstan vətəndaşlarının qeyd-şərtsiz sərbəst buraxılmasını qətiyyətlə tələb ediblər.

DTX-dən görüşdə dırnaq arası borderizasiya halları və işğal xəttinin yaxınlığında baş verən bütün digər insidentlərin barəsində fikir mübadiləsi aparıldığı qeyd olunur. Görüşdə Pasxa bayramları günlərində işğal xətti boyu yaşayan əhalinin təhlükəsizliyinin maksimal şəkildə qorunmasına diqqət yetirilib.

IPRM-in növbəti iclası 2022-ci ilin iyun ayının 7-də keçiriləcək.