Erdoğan - ABŞ və Türkiyə arasındaki ikitərəfli əlaqələr və sazişlər qüvvəsini itirir
Erdoğan - ABŞ və Türkiyə arasındaki ikitərəfli əlaqələr və sazişlər qüvvəsini itirir

ABŞ və Türkiyə arasındaki ikitərəfli əlaqələr və sazişlər qüvvəsini itirir – bu barədə bəyanatı Türkiyə perzidenti Rəcəp Tayyip Erdoğan Fransaya səfəri başlamadan öncə verdi.

“Çox təəsüflənirəm ki, bunu demək zorundayam, amma, bu dəqiqədən sonra, artıq bu belədir” – dedi Erdoğan.

Türkiyə prezidenti bu bəyanatı ABŞ tərəfindən Türkiyə Dövlət Bankının əməkdaşı Mehmet Hakan Atillanın məsuliyyətə cəlb olunmasından sonra verdi.

Manhetten Məhkəməsi türk bankirini, qanun pozuntuları və bank maxinasiyaları ilə bağlı, beş məsələdə suçlu elan etdi.

Qeyd olunan məsələ ABŞ-da aparılan istintaqın bir hissəsidir, hansı ki, ABŞ tərəfindən İrana qarşı qoyulan sanksiyalara mane olmaqda Türkiyənin izini görür.