Epidemioloji vəziyyətlə əlaqədar olaraq sosial cəhətdən həssas qrupların məlumat bazasında qeydiyyatda olan ailələrin vəziyyətinin yenidən yoxlanılması aprelin 1-dək dayandırılıb
Epidemioloji vəziyyətlə əlaqədar olaraq sosial cəhətdən həssas qrupların məlumat bazasında qeydiyyatda olan ailələrin vəziyyətinin yenidən yoxlanılması aprelin 1-dək dayandırılıb-bu barədə Səhiyyə Nazirliyi tərəfindən yayılmış bəyanatda qeyd olunub.
“Sosial cəhətdən həssas ailələrin məlumat bazasında qeydiyyatda olan ailələrin sosial-iqtisadi vəziyyətinin yenidən yoxlanılması 2022-ci il aprelin 1-dək dayandırılıb. Bu barədə qərar Gürcüstan hökumətinin iclasında mövcud epidemioloji vəziyyət nəzərə alınaraq təsdiq edilib.
Bildiyiniz kimi, Covid-19 pandemiyası dövründə “Təcrid və Karantinlə bağlı” Gürcüstan hökumətinin 23 may 2020-ci il tarixli 322 saylı sərəncamına əsasən təsdiqlənmiş qaydaya görə sosial müdafiə istiqamətində sosial yardımın təyin edilməsi üçün müvəqqəti tədbirlər qəbul edilib ki, bunun əsasında da məlumat bazasında qeydiyyatda olan ailələrin sosial-iqtisadi vəziyyəti yenidən yoxlanılmırdı.
Reytinq ballarının miqdarına baxmayaraq, yaşayış müavinəti alan ailələrə davamlı olaraq yardımların verilməsi davam etdirilirdi. Dəyişikliyə əsasən, yaşayış müavinəti alan ailələrin sosial-iqtisadi vəziyyəti birbaşa ailə tərəfindən tələb olunmadığı təqdirdə yenə də yoxlanılmayacaq.
Vətəndaşların ehtiyaclarına uyğunlaşdırılmış,onların gücləndirilməsinə köklənmiş əlçatan və dayanıqlı sosial müdafiə sisteminin inkişafı əsas məsələdir. Sosial Xidmətlər Agentliyi əhaliyə sosial xidmətlərin fasiləsiz çatdırılmasını təmin edir. Bu məqsədlə həm təşkilati, həm də struktur dəyişiklikləri baxımından Sosial Xidmət Agentliyinin xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində iş davam etdirilir”– deyə İşğal olunmuş ərazilərdən olan Qaçqınlar, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.