Epidemioloji vəziyyətə nəzarət məqsədi ilə,Muşevanidə 19 nəfər koronavirus ilə bağlı test olunub
Epidemioloji vəziyyətə nəzarət məqsədi ilə,Muşevanidə 19 nəfər koronavirus ilə bağlı test olunub

 

 Bolnisinin İctimai Sağlamlıq Mərkəzinin epidemioloqları, Muşevani kəndində,epidemioloji vəziyyətə nəzarət məqsədi ilə,özünü təcrid etmiş vətəndaşların üzərində PCR testi aparıblar.

 Epidemioloqlar 19 nəfəri test ediblər.Bioloji nümunələr Luqar laboratoriyasına göndəriləcək,tədqiqatın cavabları isə sabah məlum olacaq.

Muşevani kəndi aprelin 25-də bağlanılıb və ciddi karantin zonası olaraq elan olunub.Kənddə bu günədək yeni növ koronavirusa 75 təsdiqlənmiş yoluxma halı aşkarlanıb.

 

    Hazırladı-Sevinc Mustafayeva