Entoni Blinken Türkiyənin xarici işlər naziri ilə telefonla danışıb
Entoni Blinken Türkiyənin xarici işlər naziri ilə telefonla danışıb

 
ABŞ-ın dövlət katibi Entoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidanla telefonla danışıb. Bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller məlumat yayır.

Miller bildirib ki: “Tərəflər münaqişənin genişlənməsinin qarşısını almaq və İsraildəki müharibənin humanitar xərclərini minimuma endirmək üçün diplomatik səyləri müzakirə ediblər”.

“Katib bir daha HƏMAS-ın bütün zorakı hücumlarını dayandırmağın və girovların dərhal azad edilməsinin vacibliyini vurğulayıb”-deyə Dövlət Departamentinin sözçüsü qeyd edib.