Entoni Blinken İsraildə səfərdədir
Entoni Blinken İsraildə səfərdədir

ABŞ dövlət katibi Entoni Blinken İsraildə səfərdədir. Məlumatı “CNN” yayıb.

Blinken İsrailin Baş naziri Benyamin Netanyahu və digər yüksək səviyyəli rəsmilərlə görüşlər keçirəcək.

Blinkenin yola düşməzdən əvvəl jurnalistlərə verdiyi məlumata görə, o, İsrail hökuməti ilə “HƏMAS”a qarşı davam edən kampaniya və mülki əhalinin müdafiəsi üçün atılacaq addımlar barədə danışmaq niyətindədir.

Oktyabrın 7-dən sonra ABŞ dövlət katibi üçüncü dəfə İsrailə səfər edib.