Entoni Blinken İordaniyaya səfər edib
Entoni Blinken İordaniyaya səfər edib

 
ABŞ-ın dövlət katibi Entoni Blinken İordaniyaya səfər edib-məlumatı “Times of İsrael” yayır.

Media, Blinkenin Kral II Abdullah və Fələstin hakimiyyətinin rəhbəri Mahmud Abbasla görüşəcəyinə dair məlumat yayır.

ABŞ dövlət katibi dünən İordaniya ilə yanaşı Misir, Birləşmiş Ərəb Əmirlikləri və Qətərə də səfər edəcəyini açıqlayıb.

“Hər belə görüşdə münaqişənin genişlənməsinin qarşısını almağa və məhbusları dərhal və qeyd-şərtsiz azad etmək üçün “HƏMAS”a təsir vasitələrindən istifadə etməyə dair ölkələrə yönəlik xahişimizə davam edəcəyik”-deyə Blinken İsraildə keçirilən mətbuat konfransında açıqlayıb.