Entoni Blinken - Gürcüstanda "Xarici agentlər haqqında" qanun ilə bağlı təkcə narahatlığımızı bildirməmişik, eləcə də biz bu narahatlığı ifadə etmək üçün tədbirlər görmüşük, fikrimcə, daha çoxunu görəcəksiniz
Biz və bir çox başqa ölkələr qanunun qəbulu ilə bağlı təkcə narahatlığımızı bildirməmişik, eləcə də biz bu narahatlığı ifadə etmək üçün tədbirlər görmüşük, fikrimcə, daha çoxunu görəcəksiniz-bu haqda ABŞ dövlət katibi Entoni Blinken “Xarici təsirin şəffaflığı haqqında” Gürcüstanda qəbul edilmiş qanunla bağlı deyib.
Blinken Brukinqs İnstitutunun ABŞ-ın xarici siyasəti ilə bağlı müzakirəsində iştirak edib. Müzakirə zamanı ABŞ dövlət katibinə Gürcüstan, xüsusən də gələcək parlament seçkiləri, “Xarici təsirin şəffaflığı haqqında” qanun və ümumiyyətlə, Cənubi Qafqazla bağlı sual ünvanlanıb. Blinkendən ABŞ-ın qlobal güclərin regiondakı maraqlarına münasibətinin necə olduğu soruşulub.
“Siz regiondakı böyük hərəkətlənmələri haqlı olaraq qeyd etdiniz. Bizim çox ciddi narahatlıqlarımız var, amma real imkanlarımız da var. Gürcüstanda “Xarici agentlər haqqında” qanunu qeyd etdiniz. Biz və bir çox başqa ölkələr bununla bağlı, xüsusən də onun qəbulu ilə bağlı təkcə dərin narahatlığımızı bildirməmişik, eləcə də biz bu narahatlığı ifadə etmək üçün tədbirlər görmüşük. Fikrimcə, daha çoxunu görəcəksiniz . Bu aydındır. Fikrimcə, bu, Gürcüstanın və gürcü xalqının əksəriyyətinin istədiyi Avropa istiqamətinə ziddir. Beləliklə, Gürcüstan da daxil olmaqla, bu çağırışlardan xəbərdarıq. Həmçinin, müəyyən imkanlara çox köklənmişik və bu imkanlar realdır”- Entoni Blinken açıqlayıb.