Entoni Blinken - Estoniya xalqını və hökumətini eynicinsli ailələri tanıdığına görə təbrik edirik, ABŞ sizinlə birlikdə hər yerdə LGBTQI+ icmasını dəstəklədiyinə görə qürur duyur
Entoni Blinken - Estoniya xalqını və hökumətini eynicinsli ailələri tanıdığına görə təbrik edirik, ABŞ sizinlə birlikdə hər yerdə LGBTQI+ icmasını dəstəklədiyinə görə qürur duyur

 

ABŞ dövlət katibi Entoni Blinken “Twitter” sosial şəbəkə səhifəsində Estoniya xalqını və hökumətini nikah bərabərliyi haqqında qanuna və eynicinsli ailələrin tanınmasına görə təbrik etdiyini yazır.

“Bu, tarixi bir məqamdır. ABŞ sizinlə birlikdə hər yerdə LGBTQI+ icmasını dəstəklədiyinə görə qürur duyur” -deyə Blinken yazır.

Estoniya parlamenti eynicinsli nikahları qanuniləşdirib. 2024-cü ilin yanvarın 1-dən eynicinsli cütlüklər evlənə biləcəklər.

Sloveniyadan sonra Estoniya Mərkəzi Avropada eynicinsli nikahları qanuniləşdirən ikinci ölkədir.