Entoni Blinken Çinin Rusiyaya Ukraynada istifadə üçün öldürücü silah yardımı göstərməyəcəyini bildirir
Entoni Blinken Çinin Rusiyaya Ukraynada istifadə üçün öldürücü silah yardımı göstərməyəcəyini bildirir

 

ABŞ dövlət katibi Entoni Blinken Çinin Rusiyaya Ukraynada istifadə üçün öldürücü silah yardımı göstərməyəcəyini bildirir. Bu bəyanatı Entoni Blinken Çin Prezidenti Si Dzinpinlə söhbətindən sonra verib.

Jurnalistin Çindən bu ölkənin Rusiyaya öldürücü silah yardımı göstərməyəcəyinə dair zəmanət alıb-almadığına dair sualına Blinken cavabında bunun, bu gün yeni olmadığını qeyd edib.

“Bu, Çinin ötən həftələrdə barəsində danışdığı və təkcə bizə deyil, Rusiyaya Ukraynada istifadə üçün ölümcül silah yardımı göstərəcəklərindən narahatlığını bildirən digər ölkələrə dəfələrlə dediyi bir şeydir. Bu, mühüm öhdəlik və mühüm siyasətdir. Dediyim kimi, biz bunun əksini göstərən heç nə görməmişik”-deyə Blinken cavab verib.

Entoni Blinken və Si Dzinpin 2018-ci ildən bəri ilk dəfə görüşüblər. Hər iki ölkənin agentlikləri tərəfindən dərc edilən məlumatda yazılır ki, diplomatlar Tayvan məsələsini, ticarət mövzusunu müzakirə ediblər, həmçinin sabit və proqnozlaşdırıla bilən münasibətləri qoruyub saxlamaqdan danışıblar.