Entoni Blinken - Çin uzunmüddətli perspektivdə qlobal təhlükəsizlik üçün Rusiyadan daha böyük təhdiddir
Entoni Blinken - Çin uzunmüddətli perspektivdə qlobal təhlükəsizlik üçün Rusiyadan daha böyük təhdiddir

 
Çin uzunmüddətli perspektivdə qlobal təhlükəsizlik üçün Rusiyadan daha böyük təhdiddir-bu barədə ABŞ dövlət katibi Entoni Blinken Corc Vaşinqton Universitetində çıxışı zamanı bildirib.

Amerikalı diplomat Ukraynada Rusiyaya qarşı bir araya gəlmiş koalisiyanın gələcəkdə Çindən gələn çağırışların öhdəsindən necə gəlinməsi üçün bir model olduğunu xüsusilə vurğulayıb.

“Çin beynəlxalq nizamın fərqli baxışlarını inkişaf etdirmək üçün iqtisadi, texnoloji, hərbi və diplomatik vasitələrlə yanaşı, mərama da malik yeganə ölkədir. Beynəlxalq nizamın əsasları ciddi və davamlı təhlükə altındadır. Rusiyanın açıq-aşkar Ukraynaya hərbi müdaxilə etmək üçün səfərbər olduğu bir vaxtda prezident Si Cinpin və prezident Vladimer Putin ölkələri arasında “sərhədsiz” dostluğun olduğunu dedilər. Bizim vəzifəmiz demokratiyanın təxirəsalınmaz çağırışların öhdəsindən gələ biləcəyini, imkanlar yarada biləcəyini, insan ləyaqətini yüksəldə biləcəyini, gələcəyin azadlığa inananların olduğunu, bütün ölkələrin məcbur edilmədən öz yollarını tapmaqda azad olacağını bir daha sübut etməkdir. Biz münaqişə və ya yeni soyuq müharibə axtarmırıq. Əksinə, hər ikisini aradan qaldırmaq istəyirik. Prezident Putinin müharibəsinin davam etməsinə baxmayaraq, diqqətimizi beynəlxalq nizama qarşı ən ciddi uzunmüddətli çağırışa yönəldəcəyik – və bu, Çin Xalq Respublikası tərəfindən yaradılmış çağırışdır”-deyə Entoni Blinken bildirib.