Entoni Blinken - ABŞ Ukraynaya əlavə 550 milyon dollar dəyərində silah və hərbi texnika ayıracaq
ABŞ Ukraynaya əlavə 550 milyon dollar dəyərində silah və hərbi texnika ayıracaq. Bu barədə Entoni Blinkenin Dövlət Departamenti tərəfindən yayılmış bəyanatında deyilir.
Entoni Blinken, Ukraynanın müdafiəsi üçün silah və texnikanın ABŞ Müdafiə Nazirliyinin ehtiyatlarından ayrılacağını bildirib. Ukrayna üçün nəzərdə tutulan yeni silahlara HIMARS artileriya raket sistemləri və 155 millimetrlik artilleriya sistemləri daxildir. Dövlət Departamentinin bəyanatında qeyd olunub ki : “Ukrayna qüvvələri öz ölkələrini müdafiə etmək üçün döyüş meydanında belə səmərəli istifadə edirlər” .
ABŞ dövlət katibi, bunun 2021-ci ilin avqustundan sonra Ukraynaya ayrılan 17-ci silah partiyası olduğunu bildirib. Bayden-Harris administrasiyası fəaliyyətə başladıqdan bəri ABŞ-ın Ukraynaya ayırdığı hərbi yardımın ümumi dəyəri təxminən 8,7 milyard dollar təşkil edib.
“Ukraynaya dəstəyimiz sarsılmayacaq. Biz Ukrayna ilə birik” – deyə Blinkenin bəyanatında deyilir.