Entoni Blinken ABŞ-ın Tayvanla bağlı “Vahid Çin” siyasətini dəstəkləməyə davam edəcəyini bildirir
Entoni Blinken ABŞ-ın Tayvanla bağlı “Vahid Çin” siyasətini dəstəkləməyə davam edəcəyini bildirir

 

Entoni Blinken ABŞ-ın Tayvanla bağlı “Vahid Çin” siyasətini dəstəkləməyə davam edəcəyini bildirir. Blinken bu barədə Çin Prezidenti Si Dzinpinlə görüşdən sonra keçirilən mətbuat konfransında danışıb.

“Çinin Tayvan boğazında, eləcə də Cənub və Şərqi Çin dənizlərində təxribat xarakterli hərəkətləri ilə bağlı bir çox ölkə tərəfindən paylaşılan Birləşmiş Ştatların narahatlığını ifadə etdim. Tayvanla bağlı mən ABŞ-ın çoxdankı “Vahid Çin” siyasətini təkrarladım. Bu siyasət dəyişməyib”-deyə Blinken qeyd edib.

Entoni Blinken Çin hökumətini Rusiyanın daha sonra müharibədə istifadə edə biləcəyi texnologiyanı təmin edə biləcək şirkətlərlə daha diqqətli olmağa çağırıb.

“Bu səfərdə etməli olduğum vacib işlərdən biri Çinli ev sahiblərimizi onları iqtisadi cəhətdən geri çəkməyə çalışmadığımıza inandırmaq idi. Biz riskin azaldılması və diversifikasiya haqqında danışırıq, lakin biz daim Rusiyanın Ukraynadakı təcavüzünü gücləndirmək üçün istifadə edə biləcəyi texnologiyanı təmin edə biləcək Çin firmaları və şirkətləri ilə bağlı narahatlığımızı bildiririk. Biz Çin hökumətindən bu məsələdə çox ayıq olmasını xahiş etdik” -deyə Blinken bildirir.

Bundan əlavə, ABŞ dövlət katibi Çin ilə ortaq maraqları olan sahələrdə, o cümlədən iqlim, ictimai səhiyyə və ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlığa hazır olduqlarını qeyd edib. Blinken problemli məsələlərin həlli üçün tərəflər arasında əlaqələrin gələcəkdə daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirib.