"Energo-pro Georgia" kanat yolunda qəzanın baş verməsinə səbəb olan elektrik enerji gücünün düşməsi bizdə deyil, Dağ Kurortlarının inkişaf şirkətinin şəbəkəsində baş verdi
Energo-Pro Georgianın bəyanatına görə, martın 16-da, Qudauridə, kanat yolunda qəzanın baş verdiyi gün şirkətin şəbəkəsində elektrik enerji gücünün düşüşü olmayıb.
Şirkətin məlumatına görə, elektrik enerji gücünün düşməsi Dağ Kurortlarının İnkişaf şirkətində baş verdi, hansının öz transformatoru var.
Gürcüstanın İqtisadiyyat Naziri Dimitri Kumsişvilinin bəyanatına görə, martın 16-da Qudauridə kanat yolunda baş verən qəzaya, əsasən, elektrik enerji gücünün düşməsinə doğru reaksiya verə bilməyən operator səbəb oldu.
Dimitri Kumsişvili bugün keçirdiyi mətbuat konfransında bəyan etdi ki, ekspertiza nəticəsində məlum oldu ki, martın 16-da elektrik enerji gücünün düşməsi həqiqətən də kanat yolunun dayanmasına səbəb oldu, ancaq kanat yolunun dayanmasından sonra, operator onu yanlış istiqamətdə çalışdırdı.
Qudauridə, kanat yolunda martın 16-da baş verən qəza nəticəsində 11 nəfər zərər gördü.