Emmanuel Makron - Rusiya bu müharibədə qalib gəlməməlidir, o qalib gələ bilmir
Emmanuel Makron - Rusiya bu müharibədə qalib gəlməməlidir, o qalib gələ bilmir

 
Rusiya bu müharibədə qalib gəlməməlidir, o qalib gələ bilmir-bu barədə Fransa prezidenti Emmanuel Makron Bavariyada “Böyük Yeddilik” sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.

“Ukraynaya dəstəyimiz və Rusiyaya qarşı sanksiyalarımız ehtiyac duyulana qədər, qarşıdakı həftələrdə və aylarda lazım olacaq intensivliklə qorunub saxlanacaq”, -deyə Makron bildirib.

Ukraynanın qışa qədər müharibənin bitməsini istədiyini deyən Ukrayna prezidentinin bəyanatına münasibət bildirən Makron qeyd edib ki, heç kim müharibənin yaxın aylarda bitməsindən danışmır. Lakin, o “Rusiya qalib gəlməyəcək” şərti ilə ilin sonuna kimi həll yolunun tapılacağına ümid etdiyini bildirib.

Fransa prezidenti Rusiyanı terrorçu dövlət adlandırmaqdan imtina edib, lakin Makron Rusiyanın Ukraynanın Kremençuk şəhərindəki ticarət mərkəzinə endirdiyi raket hücumunu “müharibə cinayəti” adlandırıb.