Emmanuel Makron - Fransa-İtaliya istehsalı olan uzun mənzilli zenit-raket kompleksi artıq Ukraynadadır
Emmanuel Makron - Fransa-İtaliya istehsalı olan uzun mənzilli zenit-raket kompleksi artıq Ukraynadadır

 

Uzun mənzilli SAMP/T tipli zenit-raket kompleksi artıq Ukraynadadır-bu barədə Fransa Prezidenti Emmanuel Makron Parisdəki çıxışında Avropanın hava və raket hücumundan müdafiəsi məsələsindən danışarkən deyib.

“SAMP/T tipli Fransa-İtaliya istehsalı olan uzunmənzilli hava hücumundan müdafiə sistemi Ukraynadadır, işlək vəziyyətdədir və əsas obyektləri və insanların həyatını qoruyur” -deyə Makron qeyd edib.

Fevralda İtaliya və Fransanın Ukrayna səmasını qorumaq üçün SAMP/T sistemlərini verməyə hazır olduqları məlum olub. Mart ayında media 20 ukraynalı hərbçinin SAMP/T ilə işləmək üçün İtaliyada təlim keçdiyinə dair məlumat yaymışdı.