Emmanuel Makron - Fransa Ermənistanın ərazi bütövlüyü məsələsinə olduqca ayıq yanaşır
Emmanuel Makron - Fransa Ermənistanın ərazi bütövlüyü məsələsinə olduqca ayıq yanaşır

 
Fransa Prezidenti Emmanuel Makron yerli mətbuata açıqlamasında Bakının Ermənistanın ərazi bütövlüyünü təhdid etdiyini bildirib.

“Fransa Ermənistanın ərazi bütövlüyü məsələsinə olduqca ayıq yanaşır. Bu gün Azərbaycanla birgə hərəkət edən Rusiya və bu istəkləri hər zaman dəstəkləyən Türkiyə var” – deyə Emmanuel Makron açıqlayıb.

Bundan başqa, Fransa Prezidenti Azərbaycanın Qarabağdakı hərbi əməliyyatını qəbuledilməz hesab etdiyini söyləyib. Makronun açıqlamasına görə, Fransa Ermənistanı dəstəkləməyə davam edir və əlavə edib ki, Qarabağ ermənilərinin hüquqları qorunmalıdır.