Emmanuel Makron - Avropa ABŞ-ın vassalı olmadığını göstərməlidir
Emmanuel Makron - Avropa ABŞ-ın vassalı olmadığını göstərməlidir

 
Fransanın Prezidenti Emmanuel Makron bildirib ki, Avropa ABŞ-ın vassalı olmadığını göstərməlidir. Fransanın Prezidenti bu bəyanatı Sorbon Universitetində çıxışı zamanı verib.

Makron bildirib ki, Avropa müdafiə qabiliyyətini gücləndirməli və Avropa İttifaqı qlobal səhnədə daha aktiv olmalıdır.

“Avropanın ölmə təhlükəsi var . Biz təhdidlərlə mübarizə aparmaq üçün lazımi şəkildə təchiz olunmamışıq” -deyə Makron açıqlayıb.

Həmçinin, Fransanın Prezidenti Rusiyanın Ukraynada qalib gəlməsinə imkan verilməməsi gərəkdiyini deyib. Makron, Avropanın kibertəhlükəsizliyini gücləndirmək və Böyük Britaniya ilə daha sıx hərbi əlaqələr qurmaq çağırışları ilə çıxış edib.

“Hərbi sənaye olmadan müdafiə olmaz. Biz onilliklər ərzində bu sahəyə düzgün sərmayə qoymamışıq. Biz daha çox və daha sürətlə istehsal etməliyik”- deyə Makron bildirib.

Makron bildirib ki, Avropa ABŞ-ın vassalı olmadığını və heç vaxt da olmayacağını göstərməlidir. O, həm də dünyanın digər regionları ilə necə ünsiyyət qurmağı bildiyini nümayiş etdirməlidir.

“Dünyamızda muxtariyyət dediyimiz şeyi, biz hər şeyi həvalə etmişik. Enerjimizi Rusiyaya. Öz təhlükəsizliyimizi və bəzi tərəfdaşlarımızın təhlükəsizliyini Fransaya yox, ABŞ-a həvalə etmişik. Digər kritik maraqları – Çinə. Biz onları geri qaytarmalıyıq. Strateji muxtariyyət məhz budur” – Fransanın Prezidenti deyib.