Əmək İnspeksiyası Batumidə yoxlanılan obyektlərlə bağlı məlumat yayır

Əmək İnspeksiyası, Milli Ərzaq Agentliyi və Munisipalitet nümayəndələri tərəfindən Batumi şəhərində qida, supermarketlər və mehmanxanaların yoxlanışı həyata keçirildi.

Əmək inspeksiyasının məlumatına görə, tələbləri qane edən mehmanxanalar bunlardır: Aisi, Şeraton, Best Vestern, Merkuri, Akva Hotel, Redison.

“İstanbul” və “Qaloqre” mehmanxanaları isə, tələbləri qane edə bilmədilər.

Supermarket şəbəkələri arasından tələbləri sadəcə “Gudvil” qane edə bildi.

Tələbləri qane edə bilməyən yeddi obyektə isə, 10 000 larilik cərimə yazıldı. Bunlar: “Vilmart”, “Spar”, “Nikora”, “Ori nabici”, “Yalçın market”, “Maqnit” və “Karfurdur”.

17 ritual zalı isə, fəaliyyətini dayandırdı.

Tapşırıq verildikdən sonra 28 restoran yenidən yoxlanıldı.

Tələbləri qane edən restoranlar bunlardır: Şavi Zğva (Qara Dəniz), Belaqan, Fişlandiya, Fişpoint, Porta Batumi, Okros tevzi, Marsel, Maçaxela, Sanapiro, Admiral Terasa, Le Porte, Lait Haus, Pontos, Acara Palas, Baxtrioni, Zakara. Tetri Batumi, Mefaitone, Şerekilebi, Şumeruli, Dzveli gemo, Xinklis gemo, Firosmani, Tavaduri, Sazandari, Axali gemi, Viva latino, Neo Ka.