Elton Conun konserti üçün Tbilisi-Batumi-Tbilisi istiqamətinə əlavə aviareys təyin ediləcək
Elton Conun konserti üçün Tbilisi-Batumi-Tbilisi istiqamətinə əlavə aviareys təyin ediləcək

“Gürcüstanın hava limanları birliyi” Elton Conun Gürcüstandaki konserti ilə bağlı Tbilisi-Batumi-Tbilisi istiqamətinə doğru əlavə aviareys təyin edəcək.

Əfsanəvi ingilis pop və rok musiqiçisi, bəstəkar və müğənni Eltonun konserti ilə bağlı şənbə günü, iyunun 30-da İqtisadiyyat Nazirliyi və “Gürcüstan hava limanları birliyi” tərəfindən xüsusi avia-reys təyin ediləcək.

Qeyd olunan aviareys Tbilisi beynəlxalq hava limanından saat 09:30-da həyata keçiriləcək və saat 11:30-da geri qayıdacaq.

Tbilisi-Batumi-Tbilisi aviareysləri çərşəmbə axşamı və cümə axşamından başqa, həftədə beş dəfə həyata keçirilir.

Ser Elton Conun konsertləri Black Sea Arena-da iyunun 30-da və iyulun 1-də keçiriləcək.

71 yaşlı musiqiçi altı dəfə “Qremi” mükafatı ilə təltif olunub.