Elton Con təsdiq etdi ki, Gürcüstana konsertə hazırlaşır

Elton Con təsdiq etdi ki, Gürcüstanda konsert üçün hazırlaşır. Tanınmış Britanyalı müğənni facebook sosial şəbəkəsində öz rəsmi səhifəsində Caesars Palace-də keçirilən konsertindən foto yerləşdirdi. 

Musiqiçi yazır ki, Gürcüstana gedənə qədər, apreldə yenə Caesars Palace-a dönəcək.

Elton Conun Gürcüstanda konsertləri 30 iyun və 1 iyulda “Black Sea Arena”-da keçiriləcək.

Onun konserti Gürcüstanda keçən il sentyabrın 16-17-də planlaşdırılmışdı. Lakin konsert onu qrupunun üzvlərindən birinin sağlamlıq durumu səbəbindən təxirə salındı.