Elif Elmas "Leypsiq"lə 2028-ci ilə kimi müqavilə imzalayıb #1TVSPORT
Elif Elmas "Leypsiq"lə 2028-ci ilə kimi müqavilə imzalayıb #1TVSPORT

“Napoli”nin sabiq hücumameyilli yarımmüdafiəçisi Elif Elmas Almaniya Bundesliqasının rezidenti “Leypsiq”lə müqavilə imzalayıb.

Şimali makedoniyalı futbolçu 2028-ci ilə kimi “Leypsiq”də qalacaq, “Napoli” isə onun üçün 25 milyon avro alıb.

Elif Elmas qış transfer “pəncərəsi”nin rəsmən açılacağı 2024-cü il yanvarın 1-dən “Leypsiq”in heyətində oynaya biləcək.

24 yaşlı futbolçu 2019-cu ildən hazırkı İtaliya çempionu titulunu qoruyur. Bu müddət ərzində Elif Elmas “Napoli”nin heyətində 185 oyun keçirib və 19 qola imza atıb.

Hazırda futbolçunun yeni komandası “Leypsiq” Almaniya Bundesliqasında dördüncü pillədə qərarlaşıb və Çempionlar Liqasının 1/8 finalında “Real”la qarşılaşacaq.