"Eliava Centre"-də baş verən yanğın söndürülüb
"Eliava Centre"-də baş verən yanğın söndürülüb

 
“Eliava Centre”-də baş verən yanğın söndürülüb-bu barədə Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəedilməsi Xidmətinin Yanğın-xilasetmə Şöbəsinin Tbilisi Baş İdarəsinin rəhbəri Otar Kereselidze bildirib.

” Xilasedici və yanğınsöndürən qruplar dərhal hadisə yerinə səfərbər olunublar. Tezliklə yanğın lokallaşdırılıb və bu da alovun yayılmasının qarşısını alıb. Yaralılar barədə Fövqəladə Hallar Xidmətinin İdarəedilməsi Xidmətinə məlumat daxil olmayıb. Bütün müvafiq xidmətlər hadisə yerindədir və yanğına nəyin səbəb olması öyrənilir”-deyə Kereselidze bildirib.

Onun sözlərinə görə, ticarət mərkəzindəki anbarlardan birində yanğın baş verib.

Kereselidzenin də qeyd etdiyi kimi, yanğın təxminən 1000-1500 kvadratmetr ərazidə yayılıbmış.