Xəstəliklərə Nəzarət Milli Mərkəzinin epidemioloqları bu gündən Eliava bazarı ərazisində işləyirlər.
Gürcüstanın Birinci Kanalının jurnalistinin məlumatına görə, administrasiya binasında epidemioloqlar üçün iki otaq ayrılıb. Burada onlar bazarda işlə təmin olunanlardan analizlər götürəcəklər.
Gün ərzində 500-ə qədar analizin götürülməsi planlaşdırılıb. Analizlər Luqar Laboratoriyasına “PCR” texnologiya ilə yoxlama üçün göndəriləcək.