Taksi sürücülərinə koronavirus üzrə test pulsuz ediləcək
Taksi sürücülərinə koronavirus üzrə test pulsuz ediləcək

Paytaxt meri, Kaxa Kaladzenin bəyan etdiyinə görə, taksi sürücülərinə koronavirus üzrə test pulsuz ediləcək. Bu barədə Kaladze Tbilisi hökuməti iclasında bəyan etdi.

Onun dediyinə görə, taksi sürücülərinin idarələrarası komissiyasının qərarı ilə ayrıca rik qrupuna daxil edildiyinə görə, qərar verildi ki, onlar testləşdirməyə tabe olacaqlar.

“Təxminən 18 minə qədər təksi sürücüsü testləşdirmənin harada edilməsinin mümkün olması barəsində sms şəklində məlumat alacaq. Sözsüz ki, testləşdirmə onlar üçün pulsuz olacaq. Əhəmiyyətlidir ki, hər cür sığortalanmış olaq. Taksi sürcülərinin özləri də  və həmçinin, taksi servisindən istifadə edən konkret insanlar da sığortalanmış olsunlar”, – Kaxa Kaladze bəyan etdi.