Koronavirusun yeni hallarından 60 halı Quriyada qeydə alındı
Koronavirusun yeni hallarından 60 halı Quriyada qeydə alındı

Gürcüstanda bu gün aşkar edilən koronavirusun yeni hallarından 60 halı Quriyada qeydə alındı.

Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin Quriya şöbəsinin məlumatına görə, virusa yoluxanlar arasında uşaqlar da var.

“Epid-araşdırma və kontakların müəyyənləşdirilməsi aparılır. Şübhəli pasiyentlərin “PCR” testləşdirilməsi davam edir. Onların sayının artması mümkündür. Nümunələrin bir hissəsinin yoxlanılması Quriyada baş verir, bir hissəsini isə, Batumi Laboratoriyasına göndəririk”, – Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin Quriya şöbəsində bəyan edirlər