Ermənistan xarici ölkə vətəndaşları üçün sərhədini açdı
Ermənistan xarici ölkə vətəndaşları üçün sərhədini açdı

Ermənistan xarici ölkə vətəndaşları üçün sərhədini açdı. Bu barədə məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayır.

Müvafiq qərarı Ermənistan Respublikası hökuməti qəbul etdi.

“Bu gündən etibarən istənilən əcnəbi Ermənistana necə hava yolu ilə, eləcə də quru yolu ilə daxil ola bilər. Bunun üçün xarici ölkə vətəndaşları son 72 saat ərzində “COVID-19” üzrə edilmiş “PCR” testinin mənfi cavabını təqdim etməlidirlər”, – bəyanatda deyilir.