Elektron reseptlərə keçmək məcburi oldu

2018-ci ildən dərmanların elektron reseptlə verilməsi məcburi olur.

Səhiyyə Nazirliyinin məlumatına görə, Forma N3, artıq elektron forma ilə əvəz edilir.

Bu islahat hələ Tbilisi miqyasında həyata keçiriləcək, daha sonra isə, bütün Gürcüstanı əhatə edəcək.

Səhiyyə Naziri David Sergeenko bəyan etdi ki, Nazirlik sadəcə elektron resept sistemi ilə çalışan tibb müəssisələri ilə əməkdaşlıq edib, müqavilələr imzalayacaq.

Səhiyyə Nazirliyinin məlumatına görə, bütün iri farmasevt şirkətləri yeni elektron resept sistemi ilə tanış oldular. Paytaxt miqyasında 1000-dən artıq həkimə treninq keçirildi.

Yaxın gələcəkdə regionda çalışan həkimlərə də treninq keçiriləcək.