Elektrik enerjisinin ötürülməsi və dispetçerləşdirilməsi tarifləri artdı
Elektrik enerjisinin ötürülməsi və dispetçerləşdirilməsi tarifləri artdı. Əhalinin istehlak tarifinə gəldikdə, qərar 27 dekabrdan sonra məlum olacaq.
Əgər “Dövlət Elektrik Sisteminin” elektrik enerjisnin ötürülməsinin hazırki tarifi 0.872 tetridirsə, 2018-ci il yanvarın 1-dən 1,323 tetri (ƏDV-siz) olacaq.
SEMEK-in (Gürcüstan Energetika və Su Təchizatı Tənzimləməyici Milli Komissiyası) sədrinin, İrina Miloravanın bəyanatına görə, tarifin artırılması “Dövlət Elektrik Sistemi” tərəfindən planlaşdırılmış sərmayələrlə əlaqədardır. Bu isə təxminən 600 milyon lari olacaq.
Elektrik enerjisinin dispetçerləşdirilməsi tarifləri də artdı. Hazırkı 0.082 tetridir. 2018-ci ilin 1 yanvardan 30 aprelə qədər tarif 0.092 tetri olacaq, 2018-ci ilin mayın birindən 2020-ci ilin dekabrın 31-dək 0.412 tetri (ƏDV-siz) olacaq.