Ekspert qərarına əsasən, Qudauridə baş verən qəzaya elektrik enerji gücünün düşməsi və operatorun yanlış reaksiyası oldu
Gürcüstanın İqtisadiyyat Naziri Dimitri Kumsişvilinin bəyanatına görə, martın 16-da Qudauridə kanat yolunda baş verən qəzaya, əsasən, elektrik enerji gücünün düşməsinə doğru reaksiya verə bilməyən operator səbəb oldu.
Dimitri Kumsişvili bugün keçirdiyi mətbuat konfransında bəyan etdi ki, ekspertiza nəticəsində məlum oldu ki, martın 16-da elektrik enerji gücünün düşməsi həqiqətən də kanat yolunun dayanmasına səbəb oldu, ancaq kanat yolunun dayanmasından sonra, operator onu yanlış istiqamətdə çalışdırdı.
“Təəssüf ki, əldə etdiyimiz yoxlanış nəticəsində məlum oldu ki, kanat yolunda çalışan operator instruksiyaya müvafiq şəkildə hərəkət edə bilmədi və qəzaya səbəb oldu. Bu insan səhvi faktorudur. Əldə etdiyimiz qərar Daxili İşlər Nazirliyinə veriləcək və qanunvericilik əsasında, müvafiq məsuliyyət məsələsi qaldırılacaq.
Kumsişvilinin dediyinə görə, Qudauridə kanat yolunan çalışan operator işdən uzaqlaşdırılıb.
Qudauridə, kanat yolunda martın 16-da baş verən qəza nəticəsində 11 nəfər zərər gördü.