Ekspert - Arçil Tatunaşvilinin cəsədində müxtəlif zərbə izləri var
Ekspert - Arçil Tatunaşvilinin cəsədində müxtəlif zərbə izləri var

İşkəncə qurbanlarının reabilitasiya mərkəzinin eksperti İrakli Toidze bəyan edir ki, Arçil Tatunaşvilinin cəsədində müxtəlif zərbə izləri var.

Ekspertin dediyinə görə, Tatunaşvilinin barmağının kəsildiyi barədə yayılan məlumat doğru deyil və onun barmaqlarının hamısı yerindədir.

“Arçil Tatunaşvilinin cəsədindəki zədələnmələrin şəkili çəkildi, yaranma səbəbləri təsvir edildi və müvafiq ekspertiza nəticəsi hazırlanmaqdadır. Cəsəddə müxtəlif zərbə izləri var. Əsasən bərk əşya ilə vurulma izləri görünür. Bəzi yerlərdə, bədəndə qabığ sıyırılıb. Zərbələr əsasən baş, bel və ayaq bölqəsində görünür” – dedi ekspert.

Ekspertin dediyinə görə, zərbə izlərinin çoxluğundan irəli gələrək, demək olar ki, ölən şəxsə işgəncə edilib.

Cəsədin iç orqanlarının yerində olub-olmaması haqqında sullara cavab olaraq isə, ekspert bəyan etdi ki, bütün cavablar yazılan ekspertiza nəticəsində olacaq.

“Cəsədin aldığı zərbələr onun sağ olduğu zaman yetirilib və cəsədin ekspertizaya 26 gündən sonra gətirildməsi ekpertiza yoxlanışı üçün çətinlik yaradır” – dedi ekspert.

Ekspertin dediyinə görə, cəsədlə bərabər rus dilində ekspertiza sənədi də gətirilib, hansında ki, təqribən yerli ekspertizanınkinə bənzər nəticə yazılıb.