Ekaterine Tikaradze - Yer dəyişdirmə ilə bağlı məhdudiyyətlər ləğv olunmayacaq, çünki buna dayana biləcək imkanımız yoxdur
Yer dəyişdirmə ilə bağlı məhdudiyyətlər ləğv olunmayacaq, çünki buna dayana biləcək imkanımız yoxdur, – bu barədə bəyanatı Səhiyyə Naziri Ekaterine Tikaradze, Ozurgetidə yeni tibbi yardım mərkəzinin açılışında verdi.
Tikaradze qeyd etdi ki, regionda diqqətə layiq epid vəziyyət mövcuddur və yeni məhdudiyyətlərin qoyulmaması üçün rekomendasiyaların qorunması mütləqdir.
“Pandemiya bütün dünyada olduğu kimi, hələ Gürcüstandadır. Biz görürük ki, Avropada maksimal şəkildə məhdudiyyətlər qoyulur. Gürcüstanda isə, hələlik yüngül məhdudiyyətlər var”, – dedi Ekaterine Tikaradze.