Ekaterine Tikaradze yeni səhiyyə naziri Zurab Azaraşvilini əməkdaşlara təqdim edib

 

İşğal olunmuş ərazilərdən olan məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə məsələləri üzrə sabiq nazir Ekaterine Tikaradze yeni rəhbər Zurab Azaraşvilini əməkdaşlara təqdim edib. Görüş tanışlıq xarakteri daşıyıb.

“Sizi yeni vəzifəniz münasibətilə təbrik etmək istəyirəm. Qarşıda sizi çox maraqlı çağırışlar gözləyir. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Nazirlikdə gələcək fəaliyyətinizdə sizə faydalı olacaq böyük təcrübə qazanacaqsınız. Əminəm ki, siz bütün çətinliklərin və mühüm çağırışların öhdəsindən uğurla gələcəksiniz”- deyə Ekaterine Tikaradze bildirib.

Müavinlər , qurum və departament rəhbərləri Zurab Azaraşviliyə öz istiqamətləri üzrə həyata keçirilən layihələr və gələcək planlar barədə məlumat veriblər.

“Böyük məsuliyyətlərlə dolu bu nazirliyin komandasına qoşulmaq mənim üçün böyük şərəfdir. Əminəm ki, sizin dəstəyiniz, konstruktiv əməkdaşlıq və dostluq münasibətinizlə biz çox yaxşı nəticələr əldə edəcəyik. Mən təbiətcə maksimalistəm və başqalarından da eyni yanaşmanı tələb edirəm. Əməkdaşlıq edəcəyimizə və konkret nəticələrimizin olacağına böyük ümidlər bəsləyirəm”-deyə yeni təyin olunmuş nazir Zurab Azaraşvili qeyd edib.

Ekaterine Tikaradze yeni nazirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Gürcüstanın səhiyyə naziri vəzifəsinə Zurab Azaraşvilinin namizədliyini baş nazir İrakli Ğaribaşvili hökumətin bugünkü iclası başlamazdan əvvəl keçirilən brifinqdə təqdim edib.

Ekaterine Tikaradze dekabrın 9-da səhiyyə naziri vəzifəsindən istefa verməsinə dair qərarını açıqlayıb.