Ekaterine Tikaradze - Virusun pik mərhələsini aprelin ikinci yarısından gözləyirik
Düşünürük ki, koronavirusun pik mərhələsinin aprelin ikinci yarısında başlamaq ehtimalı var, – bu barədə bəyanatı Gürcüstanın Səhiyyə naziri Ekaterine Tikaradze verdi.
Onun qeyd etdiyinə görə, başdan da, gözlənilirdi ki, aprelin 10-a qədər vəziyyət biraz çətinləşəcək, ancaq kontrol altıda olacaq.
“Planımıza uymağa davam edirik və bu gün ölkədəki vəziyyət kontrol altındadır, çünki virusa yoluxanların kimlərlə ünsiyyətdə olduğunu müəyyən edə bilirk.
Biz düşünürük ki, koronavirusun yayılmasının pik mərhələsi aprelin ikinci yarısından olacaq və vəziyyətin inkişafı və virusun yayılması müddətinin nə qədər davam edəcəyi, vətəndaşların hərəkətlərindən və iqtidar tərəfindən həyata keçirilən tədbirlərdən asılı olacaq” – dedi Ekateine Tikaradze.