Ekaterine Tikaradze Ümumdünya Səhiyyə Təşkilatının Assambleyasının iştirakçılarına müraciət edib - Gürcüstanın uğurunun əsas amili sürətli reaksiya və prevensiya oldu

 

 

Gürcüstanın uğurunun  əsas amili sürətli reaksiya və prevensiya oldu,konkret olaraq desək ,məqsədli şəkildə testin aparılması, mümkün olan bütün halların təcrid edilməsi və müalicəsi  – bu barədə Gürcüstanın  Səhiyyə naziri Ekaterine Tikaradze Ümumdünya Səhiyyə Təşkilatının 73-cü assambleyasında  çıxışı zamanı bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının 73-cü assambleyası  “Covid-19” mövzusuna həsr edilib. Dünya liderləri və səhiyyə sisteminin nümayəndələri  virusla bağlı çağırışlar  və bunun aradan qaldırılması yolları barədə danışıblar.

Səhiyyə naziri işğal altındakı ərazilər məsələsinə də toxunub və qeyd edib ki, ölkə işğal altındakı ərazilərdə yaşayan vətəndaşlara yardım etmək üçün səfərbər olunub.

Nazir qeyd edib ki, hökumət və müvafiq  qurumların birgə və əlaqələndirilmiş hərəkətləri nəticəsində ,infeksiyanın saxlanılması (qarşısının alınması) və virusa yoluxma hallarının azaldılması  mümkün olub .

Ekaterine Tikaradzenin çıxışının  mətnini  Gürcüstanın  Səhiyyə Nazirliyinin Mətbuat Xidməti yayır.

 

Hazırladı-Sevinc Mustafayeva