Ekaterine Tikaradze - tənzimləmələrin keyfiyyətli şəkildə icrası halında, əminəm ki, infeksiyanın qarşısını müəyyən qədər ala biləcəyik
Ekaterine Tikaradze - tənzimləmələrin keyfiyyətli şəkildə icrası halında, əminəm ki, infeksiyanın qarşısını müəyyən qədər ala biləcəyik

 

Gizlətməyəcəyəm və deyəcəm ki, ilk dalğadan başlayaraq hansı tənzimləmə növünün daha effektiv, zəruri, daha məntiqli və ya vaxtında olmasına dair bizim hər zaman mübahisələrimiz olurdu, – bu barədə Gürcüstanın səhiyyə naziri Ekaterine Tikaradze brifinqdə bildirib.

Onun sözlərinə görə, bu gün ən mühüm olan tənzimləmələrin keyfiyyətli şəkildə icra edilməsidir və o qeyd edib ki, əgər tənzimləmələr keyfiyyətli şəkildə icra edilərsə, o zaman ölkə infeksiyanın qarşısını ala biləcək.

“Bu gün istənilən tənzimləmə vacibdir, lakin tənzimləmələrin tətbiqindən əlavə, mənim üçün, bir tək nazir olaraq deyil, səhiyyə sahəsinin nümayəndəsi olaraq mühüm olan tənzimləmələrin keyfiyyətli şəkildə yerinə yetirilməsidir.
Əgər tənzimələmələr keyfiyyətli şəkildə yerinə yetirilərsə, o zaman əminəm ki, infeksiyanın qarşısını müəyyən qədər ala biləcəyik. Bu 80-90 faizlik effekt olmayacaq, lakin təxminən 20 faizlik effekt göstərə bilər və bu da infeksiyanın yayılması sürətini azaltmaq üçün olduqca mühümdür” -deyə Ekaterine Tikaradze bildirib.

Bununla yanaşı, onun sözlərinə görə, dünən Koordinasiya Şurasının elan etdiyi bütün tənzimləmələr dəqiqliklə yerinə yetirilməsi üçün mühümdür, hansı ki, real olaraq qətnamədə əks olunacaq.