Ekaterine Tikaradze - son iki il ərzində təcili yardım sistemi gücləndirilib
Gürcüstanın səhiyyə naziri Ekaterine Tikaradzenin sözlərinə görə, son iki il ərzində təcili yardım sistemi gücləndirilib.
Tikaradzenin nazirliyin fəaliyyəti haqqında hesabatı təqdim edərkən qeyd etdiyi kimi, 2020-ci ildən Tbilisi və regionların təcili tibbi yardım xidmətləri Səhiyyə Nazirliyinin tabeliyindəki vahid idarəyə keçib. Onun sözlərinə görə, 2019-2021-ci illərdə Təcili Tibbi Yardım Mərkəzinin avtoparkı 218 avtomobillə yenilənib. Ölkə miqyasında 333 təcili və referal yardım briqadası var. Mərkəz 35 tibbi motosiklet alıb.
Nazirin sözlərinə görə, 2020-2021-ci illərdə təcili tibbi yardım avtomobilləri müassir, yüksək texnologiyalı tibbi avadanlıqlarla təchiz edilib, 57 rayon mərkəzinin binası tikilib, beş inzibati mərkəzin tikintisi aparılır. Həmçinin, regional xidmətlər kimi, Tbilisinin rayon xidmətlərinin tikintisi-bərpası da nəzərdə tutulub.
Bununla yanaşı, nazirin sözlərinə görə, “Covid-19” qlobal çağırışı ilə tez və effektiv mübarizə aparmaq məqsədi ilə, 2020-ci ildən 2021-ci ilin sonuna kimi müxtəlif pul ödənişlərinə moratorium elan edilib.
“Əhaliyə dəstək planı çərçivəsində, pandemiya səbəbindən müvəqqəti olaraq fəaliyyətini dayandırmış muzdlu işçilərə və özünüməşğulluqdakı şəxslərə pul müavinətləri verilib”, -deyə Ekaterine Tikaradze bildirib.
Bundan başqa, nazirin sözlərinə görə, proqramın əhatə dairəsi genişlənib – uşaq yardımını 100 000 deyil, 120 min xalı ola ailələr alırlar.
2019-cu ilə olan vəziyyətə görə, yaşayış müavinəti alan ailələrin maksimum sayı 135,700 ailə ; 467 284 nəfər olub. 2021-ci ilin noyabr ayı da daxil olmaqla, yaşayış müavinəti alan ailələrin maksimum sayı 172 886 ailə ; 637 747 nəfər təşkil edir.