Ekaterine Tikaradze - Pasiyentlərimizin sağalma prosesinə müşahidə edərək, deyə bilərəm ki, müalicə protokoluna hərhansı dəyişikliklər əlavə edilməyəcək

Gürcüstanda koronavirusun müalicə protokoluna hərhansı dəyişikliklər əlavə edilməyəcək.

Bu barədə bəyanatı Gürcüstanın Səhiyyə Naziri Ekaterine Tikaradze “Moambe“-nin efirində verdi.

Onun dediyinə görə, klinik qrupun görüşündə bugün müxtəlif ölkələrdə istifadə edilən bir çox yanaşmalar müzakirə olundu.

“Pasiyentlərimizin sağalma prosesinə müşahidə edərək, bugünki mərhələdə, deyə bilərəm ki, koronavirusun müalicə protokoluna hərhansı dəyişikliklər əlavə edilməyəcək” – dedi Səhiyyə Naziri.