Ekaterine Tikaradze koronavirusun idarəedilməsində iştirak edən klinikaların rəhbərləri ilə görüşdü
Gürcüstanın Səhiyyə Naziri Ekaterine Tikaradze koronavirusun idarəedilməsində iştirak edən klinikaların rəhbərləri ilə görüşdü.
Nazirliyin mətbuat xidmətinin məlumatına görə, tərəflər mövcud olan problemlərin birgə səylərlə həll edilməsi imkanlarını müzakirə etdilər.
Ekaterine Tikaradze hər bir klinikada mövcud olan vəziyyət və ehtiyyac olunan əlavə resursların mobilizasiyası ilə bağlı detallı məlumat aldı.
Görüş iştirakçıları qeyd etdilər ki, klinik konsultasiyaların birgə platforması tibbi xidmətin keyfiyyətini daha da yaxşılaşdıracaq.
Yenə bir daha qeyd edildi ki, koronavirusun yünqül hallarının idarəedilməsi baxımından klinik mehmanxanalar çox vacibdir.