Ekaterine Tikaradze - həkimlər koronavirusa yoluxmuş hər üç uşağın vəziyyətini yaxşılaşdırmaq üçün hər şeyi edirlər, əminik ki, bu cəhd nəticə verəcək
Ekaterine Tikaradze - həkimlər koronavirusa yoluxmuş hər üç uşağın vəziyyətini yaxşılaşdırmaq üçün hər şeyi edirlər, əminik ki, bu cəhd nəticə verəcək

 

Gürcüstanın səhiyyə naziri Ekaterine Tikaradzenin sözlərinə görə, həkimlər koronavirusa yoluxan hər üç uşağın vəziyyətinin yaxşılaşması üçün hər şeyi edirlər.

Onun sözlərinə görə, Tsitsişvili adına Uşaq Klinikasına yerləşdirilən uşaqlardan birinin Delta ştammına, ikincinin Britaniya ştammına yoluxması təsdiqlənib , üçüncü uşaq ilə əlaqədar tibbi tədqiqatlar davam edir.

“Həkimlər koronavirusa yoluxmuş hər üç uşağın vəziyyətinin yaxşılaşması üçün əlindən gələni edirlər. Əminik ki, bu cəhd nəticə göstərəcək və uşaqlar tezliklə sağalacaqlar. Bu mərhələdə təsdiqləyə bilərik ki, biri Delta, biri Britaniya ştammına yoluxub, üçüncü uşaq ilə əlaqədar isə tədqiqat aparılır.
Beynəlxalq təcrübədən bizə məlum olduğu üzrə, “Delta” ştammı gənclər arasında olduqca intensiv yayılır. Uşaqların peyvəndlənməsinə gəlincə, əlbəttə ki, beynəlxalq təcrübəni bölüşəcəyik və yaxın gələcəkdə peyvəndləmə prosesi və ümumiyyətlə peyvəndləmə təqvimi ilə bağlı qərar qəbul etmək üçün komissiya bir araya gələcək” -deyə Tikaradze bildirib.