Ekaterine Tikaradze - Həkim resursları ilə bağlı defisitimiz yoxdur, bu mərhələ üçün əlavə mobilizasiya planlaşdırılmır
Ekaterine Tikaradze - Həkim resursları ilə bağlı defisitimiz yoxdur, bu mərhələ üçün əlavə mobilizasiya planlaşdırılmır

Həkim resursları ilə bağlı defisitimiz yoxdur, bu mərhələ üçün əlavə mobilizasiya planlaşdırılmır, – bu barədə bəyanatı Gürcüstanın Səhiyyə Naziri Ekaterine Tikaradze verdi.

Ekaterine Tikaradzenin dediyinə görə, reanimatoloqlar və infeksionistlər gərəkdiyi dərəcədə mobilizasiya ediliblər və həmçinin, ailə həkimləri üçün hazırlıq-treninqləri keçirilir.

“Bu mərhələdə həkim resurslarımızla bağlı defisit yoxdur və əlavə mobilizasiya planlanmır, ancaq reanimatoloqların və infeksionistlərin monitorinqi keçirilir və ailə həkimlərinin hazırlanması, təlimi həyata keçirilir ki, gərəkdiyi halda, onların işi pasiyentlər üçün effektiv olsun” – dedi Ekaterine Tikaradze.