Ekaterine Tikaradze - Gürcüstana daxil olması üçün razı olacağımız koronavirus vaksinası mütləq yoxlanmış olacaq
Gürcüstana daxil olması üçün razı olacağımız koronavirus vaksinası mütləq yoxlanmış olacaq, – bu barədə bəyanatı Gürcüstanın Səhiyyə Naziri Ekaterine Tikaradze Birinci Kanalın “Azad baxış” verlişində verdi.
“Qərarı ancaq, vaksinanın əhali üçün təhlükəsiz olduğu təqdirdə verəcəyik. Paralel olaraq da, vaksina haqqında ictimaiyyətə məlumat verəcəyik. Sonra isə, kiçik bir qrupda vaksinasiyaya başlayacağıq və əminəm ki, istədiyimiz və digər ölkələrin iqtidarlarının da səbirsizliklə gözlədiyi nəticəyi əldə edəcəyik” – dedi Ekaterine Tikaradze.
Tikaradze qeyd etdi ki, Səhiyyə Naziri vaksinanın Gürcüstana oktyabr-noyabr aylarında daxil olmasını gözləmir, çünki əhaliyə 100 faiz əmin olub, etibar etmədiyi preparatı təqdim etmək istəmirlər.